Avropa dronlardan istifadə qaydalarını genişləndirir

6 Aprel 2021 22:32 (UTC+04:00)

Avropa Komissiyası (AK) Avropa İttifaqının gələcək nəqliyyat sisteminin vacib hissəsi hesab etdiyi dronlarla bağlı yeni qaydalar paketi qəbul edib.

“Prime” xəbər verir ki, bu barədə AK-nın məlumatında deyilir.

“Komissiya bu gün U-space paketini – birlikdə pilotsuz və pilotlu uçan aparatların təhlükəsiz fəaliyyəti üçün lazımi şərait yaradan üç tənzimləməni qəbul edib”, - məlumatda vurğulanıb.

Bu qaydalar həmçinin pilotsuz uçuş aparatlarının daha mürəkkəb əməliyyatlar və daha uzaq məsafələrdə, xüsusən yüklənmiş, aşağı səviyyəli hava məkanında (120 metrdən aşağı) və gözlə görünməyən yerlərdə əməliyyatlar həyata keçirməsinə imkan verəcək.

“Dronlar gələcək nəqliyyat və logistika landşaftının ayrılmaz hissəsidir. Yüklərin çatdırılması üzrə yeni xidmətlərdən, eləcə də gələcəkdə göyərtəsində sərnişinlər olmaqla pilotsuz uçuşlar da daxil olmaqla, digər innovativ imkanlardan bəhs edərkən böyük potensial olduğu görünür”, - nəqliyyat üzrə avrokomissar Adina Vaelan deyib.

Bildirilib ki, yeni qaydalar 26 yanvar 2023-cü ildən etibarən tətbiq olunmağa başlayacaq.(report)

Aznews.az