Azərbaycan və Macarıstan birgə marka buraxır

14 İyun 2013 09:37 (UTC+04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti iyunun 15-dən etibarən "Azərbaycan-Macarıstan birgə buraxılışı" seriyasından olan poçt blokunu dövriyyəyə buraxır.

AzNews.az-ın məlumatına görə, markalar Macarıstan tərəfinin təşəbbüsü ilə hazırlanıb.

Markalar üzərində hər iki xalqın milli əl işləri incəsənətinin elementləri təsvir olunub.

Markaların nominal dəyəri 60 qəpik, tirajı 10 min poçt bloku təşkil edir.

Anar
AzNews.az