Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir

7 Aprel 2021 18:31 (UTC+04:00)

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir.

AzNews.az bildirir ki, bununla əlaqədar “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik təklif olunur.

Qüvvədə olan qanuna əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Layihəyə əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən həyata keçiriləcək.

Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır. Layihəyə əsasən, artıq bu barədə də Səhiyyə Nazirliyinə deyil, TƏBİB-ə dərhal məlumat verilməlidir.(Apa)

AzNews.az