İqor Korotçenko: “Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparır”

7 Aprel 2021 21:32 (UTC+04:00)

“Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: “İşləməyə çalışmısınız?”

Bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında bildirib.

Ekspert ermənilərin işləmək istəklərinin olmamasından narazılığını dilə gətirib: “Boş-bekarlar kütləsi İrəvanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?”(Report)

AzNews.az