Şabranda ferma yandı
14 İyun 2013 10:06 (UTC+04:00)
Şabran rayonu, Dəvəçi kəndində ferma yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 ton ot bağlaması və tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 19:25 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az