Mikayıl Cabbarov "twit"lə açıqladı

8 Aprel 2021 11:52 (UTC+04:00)

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 mln. manat təşkil edib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, proqnoza 121,1% əməl edilib.

"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı qeyri neft-qaz sektorunun payına düşür", - nazir qeyd edib.

AzNews.az