Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

8 Aprel 2021 16:46 (UTC+04:00)

2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə nazirliyindən AzNews.az-a verilən xəbərə görə, tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.