Tanınmış rejissor vəfat edib

8 Aprel 2021 17:21 (UTC+04:00)

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

Tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

Allah rəhmət eləsin!