"Ermənistan əl çəkmir, əsgərlərini mülki geyimdə..." - Nazirdən İrəvana yaylım atəşi

8 Aprel 2021 22:18 (UTC+04:00)

Bu kimi hallara gələcəkdə də şərait yaratmamaq üçün Erməni hərbi qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. Məlumatla var ki, Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir.

AzNews.az xəbər verır ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Bununla bağlı faktlar var, 3 həftə öncə Ermənistan MN binasını qarşısında etiraz aksiyası olmuşdu. Bu valideynlər öz övladlarının Ermənistan ərazisindən kənarda xidmətə aparılmasına etiraz edirdilər. Faktlar var ki, Ermənistan mülki geyimdə öz hərbçilərini Azərbaycan ərazisinə yerləşdirməyə cəhd etmişdi. Bununla bağlı görüntülər, faktlar BMT-yə, ATƏT-ə, Avropa İttifaqına təqdim olunub.

AzNews.az