Süleyman Soylunun helikopteri məcburi eniş etdi - ŞOK SƏBƏB

8 Aprel 2021 23:06 (UTC+04:00)

Türkiyənin daxili işlər naziri Süleyman Soylunu Bursaya aparan helikopter məcburi eniş edib.

Buna qatı duman səbəb olub. Bilecik Edebali Stadionunda eniş edən helikopterdən düşən Soylu Bilecik Gənclər və İdman İdarəsinin rəsmi avtomobili ilə yoluna davam edib.

Qeyd edək ki, Süleyman Soylu “Zeytun budağı” hərəkatı bölgəsində PKK/YPG terror təşkilatının hücumu nəticəsində şəhid olmuş Gökhan Çakırın dəfninə qatılmaq üçün Bursaya gedib.

AzNews.az