Misirdə 3 min yaşı olan qədim şəhər tapıldı - FOTO

9 Aprel 2021 09:04 (UTC+04:00)

Misirdə bir qrup arxeoloq üç min il əvvəl tikilən “qızıl şəhəri” aşkar edib.

“Report”un məlumatına görə, bu barədə “El Balad” nəşri xəbər verib.

Alimlərə görə, bu şəhər “Atonun Yüksəlməsi” adlanır və eramızdan əvvəl XIV əsrdə yaşamış III firon Amenhotep tərəfindən tikilib.

Şəhər Misirin ən böyük sənaye və inzibati yaşayış məntəqəsi olub. Qeyd olunub ki, şəhərin küçələrində böyük evlər mövcud olub, bəzilərinin divarlarının hündürlüyü 3 metrə çatır.

Şəhər qərb istiqamətində, məşhur Deyr-əl-Mədinə nekropoluna qədər ərazini əhatə edir.

Arxeoloji işlərə 2020-ci ilin sentyabr ayında başlanılıb və əsas vəzifə Tutanhamonun dəfn məbədini tapmaq idi.