"Media haqqında" yeni qanun gəlir - Əhməd İsmayılov açıqladı

9 Aprel 2021 09:56 (UTC+04:00)

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir.

AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Media İnkişaf Agentliyinin İdarə heyətinin sədri Əhməd İsmaylov deyib.

Ə.İsmaylov bildirib ki, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyatı orqanlara təqdim ediləcək: “Daha sonra isə qanun layihəsi ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.

AzNews.az