Azərbaycanlı zabit Böyük Britaniyanın mükafatı ilə təltif edildi

9 Aprel 2021 10:57 (UTC+04:00)

Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, M. Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” Mükafatına layiq görülüb.

Həmçinin məlumatda vurğulanır ki, Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir.