İcbari tibbi sığorta üzrə daxilolmalar 112 mln. manatı üstələyib

9 Aprel 2021 12:14 (UTC+04:00)

Bu ilin I rübündə Azərbaycanda icbari tibbi sığorta yığımları üzrə daxilolmalar 112,3 mln. manatı üstələyib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu, nəzərdə tutulandan 25,5 mln. manatı üstələyib.

"İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq", - nazir qeyd edib.