Naxçıvanda ordu hərəkətə keçdi - MƏŞĞƏLƏNİN VİDEOSU

9 Aprel 2021 15:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məşğələlər Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə taktiki və taktiki-sıra formasında keçirilib.

Məşğələlərin keçirilməsi zamanı 44 günlük Vətən Müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizotları üzrə bölmələrin fəaliyyəti göstərilib.

Birləşmənin Təlim-Tədris Mərkzində keçirilən yekunda zabitlərin hazırlığının əsasını müstəqil hazırlıq təşkil etdiyi bildirilərək hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.