Şahzadə II Filipp vəfat etdi

9 Aprel 2021 15:13 (UTC+04:00)

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Kral ailəsi məlumat yayıb.

“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin kədərlə elan edir. Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib", - deyə Kral sarayının məlumatında qeyd olunub.

Əlavə edək ki, Şahzadə Filip 99 yaşında dünyasını dəyişib.