Saxta şəxsiyyət vəsiqəsi düzəldən şəxslər saxlanıldı

14 İyun 2013 10:59 (UTC+04:00)
Azərbaycanda saxta şəxsiyyət vəsiqəsi düzəldən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qəbələ rayon sakini Ramiz Məmmədov Bakı Şəhər sakini Könül Ağayeva, Nizami rayon sakini Sevinc Abdullayeva, Yasamal rayon sakini Rühəngiz Əsədova vətəndaşların əmlakını dələduzluqla ələ keçirtmək məqsədi ilə Gülnarə Kazımovanın anket məlumatlarını özündə əks etdirən saxta şəxsiyyət vəsiqəsi hazırladıqlarına görə saxlanılıblar.

AzNews.az