Ərdoğan Avropa Birliyinə “dirsək göstərdi”

14 İyun 2013 11:06 (UTC+04:00)
İngiltərənin nüfuzlu "The Times" qəzeti Avropa Parlamentinin qərarı və Türk hökumətinin qərara verdiyi reaksiyaya geniş yer ayırıb.

Məlumat üçün bildirək ki, Avropa Parlamentin Gəzi hadisələrində türk polisinin həddindən artıq güc tətbiq etməsini qınayan sərt bəyanat qəbul edib. Ankara isə buna çox sərt reaksiya verərək, etirazını bildirib. Bununla da Türkiyə ilə AB əlaqələrində ciddi böhran müşahidə olunmağa başlayıb.

Qəzet Türkiyənin baş naziri Ərdoğanın "Avropa Birliyinin Türkiyəylə bağlı qəbul edəcəyi hər hansı qərarı tanımayacağıq" bəyanatının ardınca Avropa Parlamentinin üzvü Richard Hovittin "əlaqələr çox təhlükəli bir dövrə qədəm qoyur" fikirinə də yer ayırmaqla münasibətlərin böhranlı mərhələsini geniş şərh edib.

Elman
AzNews.az