2003-cü ildə "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplom alıb. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək "filologiya üzrə fəlsəfə doktoru" elmi adını alıb. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olub. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilib. 2018-ci ildən indiyə qədər ADPU-nun "Filologiya" fakültəsinin dekanı vəzifəsində çalışıb. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, "Qızıl qələm" və "İlin alimi" Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnib. 2020-ci ildə Türkiyədə keçirilən musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu "Vətəndir" şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələyib.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə olub. O, keçən il qəfil ürəktutmasından dünyasını dəyişmişdi.