Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb

9 Aprel 2021 20:59 (UTC+04:00)

Türkiyənin Kayseri vilayətinin Erciyes Universitetində yerli vaksinin sınaqlarının ikinci mərhələsi başa çatıb.

Sınaqlarda 250 könüllü iştirak edib.

Aprel ayının sonunda vaksinin üçüncü mərhələsinin sınaqlarının başlaması planlaşdırılır. Bu mərhələ başa çatdıqdan sonra vaksin qeydiyyata alınacaq.

Bundan başqa, həmin vaksin Ümumdünya Səhiyyə Təşkilatına da təqdim olunacaq.

Aznews.az