Rüstəm Muradovun təyyarəsində mütəxəssislər də gedib... - Turan agentliyi

9 Aprel 2021 22:04 (UTC+04:00)

Axşamdan keçmiş Ermənistan kütləvi informasiya vasitələri hərbi əsirlərin növbəti qrupunun azad edilməsi və Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun öz təyyarəsində onları Bakıdan aparması barədə məlumat verib.

Lakin Yerevan aeroportuna toplaşan jurnalistlərə və əsir ermənilərin qohumlarına Muradovun heç kimi gətirmədiyi barədə məlumat veriləndə onlar məyus olublar.

Bu vəziyyətdə qanunauyğun sual ortaya çıxır: niyə Muradovun təyyarəsi Yerevandan Bakıya və əks tərəfə niyə uçub?

Bu suala cavab bu gün səhər gəlib. Ermənistan kütləvi informasiya vasitələri bildirib ki, Muradov təyyarədə tək olmayıb. O, özü ilə Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət nümayəndə heyətini gətirib. Nümayəndə heyəti Mehri vasitəsilə dəmir yolunun gələcək tikintisinin vəziyyətini qiymətləndirəcək.

Xatırladaq ki, aprelin 7-də Rusiya prezidenti Vladimir Putin baş nazir Paşinyanla görüşündə regionda kommunikasiyaların bərpası məsələsini xüsusi vurğulayıb.

Həmin mövzu növbəti gün İlham Əliyevlə telefonla söhbəti zamanı da təsdiqlənib.

Görünür ki, Mehri vasitəsilə Naxçıvana dəmir yolunun vəziyyətilə bağlı monitorinq məsələsi məhz bu danışıqlar zamanı razılaşdırılıb