Ombudsman Səbinə Əliyeva peyvənd olunub

9 Aprel 2021 22:58 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

S.Əliyeva hər kəsi vaksinasiya prosesinə qoşulmağa çağırıb.

Qeyd olunub ki, COVID-19 əleyhinə peyvənd bu infeksiyaya yoluxma hallarının qarşısının alınması və əhalinin, sağlamlığının qorunması məqsədinə xidmət edir.