BMT post-müharibə dövründə

10 Aprel 2021 13:42 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının bütün dünyada sülh quruculuğu fəaliyyətləri, postmüharibə ölkələrə münaqişəyə yenidən başlama riskini azaltmaq və davamlı sülh və inkişaf üçün zəmin yaratmaq üçün kömək etməyi hədəfləyir və bunun üçün də geniş imkanlara və alətlərə malikdir.

BMT-nin bu gün tətbiq etdiyi çoxölçülü sülhməramlı əməliyyatlar yalnız sülhü və təhlükəsizliyi qorumaq üçün deyil, həm də siyasi prosesləri asanlaşdırmaq, mülki insanları qorumaq və keçmiş döyüşçülərin və terrorist qrupları tərksilah edilməsi üçün geniş fəaliyyət nəzərdə tutur.

Bütün dünyada sülhməramlı fəaliyyət üçün tək legitim təşkilat kimi BMT beynəlxalq hüquq çərçivəsində bütün coğrafiyalarda bir başa və ya partner əsaslarda post müharibə və ya münaqişə vəziyyətində olan tərəflər arasında sülhün bərqərar olunmasında, qaçqın və məcburi köçkünlərin geri qaytarılması üçün vasitəçilik edir və s.

Qarabağda müharibə sonrası risklərin dəyərləndirilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərin rekonstruksiya və reinterasiya prosesinin uzun çəkməsi bir nömrəli risk olaraq dəyərləndirilir.

Məsələ ondadır ki, Azərbaycan 800 min məcburi köçkün və onların dədə-baba torpaqlarına qaytması kimi çox böyük bir proses başladıb.
Ölkə daxilində isə öz dədə baba yurdlarına qayıtmaq arzusunda olan, böyük bir vətəndaş ordusu faktoru mövcuddur və bu faktor irəlidəki illərdə ölkənin ictimai və siyasi həyatında ən çox təsir edəcək, istifadə və ya manipulyasiya ediləcək bir faktordur.
Biz bu prosesin işartılarını artıq müşahidə etməkdəyik və məhz bu mövzu ətrafında ictimai şüurun həssas nöqtələri formalaşmaqdadır.
800 min məcburi köçkünün geri qayıtması bir başa ərazilərin rekonstruksiya və reinterasiya prosesinin asılıdır.
Ərazilərin rekonstruksiya və reinterasiyasının sürəti isə bir başa azad edilmiş torpaqların minalardan təmizlənməsindən asılıdır.
10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub, 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb.
Birləşmiş Millətlər Təşkilatının artıq minadan təmizləmə istiqamətində Azərbaycanla həyata keçirdiyi əməkdaşlıqdan kənarda , edə biləcəyi ən vacib və təsirli dəstək məhz mina xəritələrinin Ermənistandan alınması üçün vasitəçilik imkanlarını səfərbər etmək olardı.
BMT-nin postmüharibə dövründə belə vasitəçilik fəaliyyətini qısa müddətli hesabda dəyərləndirməsi adlandırırıq.
Uzun müddətli hesabda isə qaçqınların öz yurdlarına qayıtması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqi potranajlığı və ən əsası maliyyə imkanlarının iştirakı ilə həayat keçirilməsi vacibdir.
Məsələ ondadır ki, Azərbaycan hər nə qədər də bölgədə rekonstruksiya və reinterasiya xərcləri üçün ehtiyac olmamasını qeyd etsə də, dağıntıların miqyası dəyərləndirilməsində hər gün artan rəqəmlər bir ölkənin bu dağıntıların altından çıxmaq imkanlarının yetərli olmaması qənətini verir.

BMT-nin post müharibə dövründə iştirakçılığının ikinci əsası əlbəttə terrorizmlə bağlıdır.
10 Noyabr müqaviləsini imzalamaqla Ermənistan Dağlıq Qarabağdakı erməni terroristlərinin etdiyi bütün cinayətlərin məsuliyyətini öz üzərinə götürüb. Burda bir haşiyə açım ki, bu gün bütün dünyada beynəlxalq səviyyədə terrorizmlə bağlı siyasiləşmiş bir təbliğat mövcuddur. Bu, təxminən ”terrorizmi təsbit edilməsi, terrorçuların müəyyən edilməsi üçün bir meyar mövcud deyil" spekulyasiya kimi aparılır.
Kənar güclər regional maraqlar naminə bu terrorçu qrupların fəaliyyətinə dəstək verirlər. Terrorizmə qarşı mübarizədə siyasiləşmiş təbliğat alətlərindən biri də onlara humanitar qanunların şamil edilməsi, bir sıra insan hüquqları mövzularıdır.
Bu kimi məqamlar üzərindən beynəlxalq səviyyədə terrorizmlə mübarizə dövrün tələblərinə cavab vermir. Gözümüzün qarşısında terror təşkilatları digər fəaliyyət metodlarına transformasiya olur, terrorçular hərbi əsirlər, jurnalistlər və s. kateqoriyalarına şamil olunur.
Eyni halı biz Qarabağda da müşahidə edirik, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Qarabağda atəşkəs elan olunması ilə, əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə baxmayaraq, Ermənistan tərəfi üçtərəfli bəyannaməni pozaraq Azərbaycan ərazilərinə yeni terrorçu qruplar göndər.
Bu qruplar Qarabağ meşələrində gizlənərək Azərbaycanın hərbçi və mülki şəxslərinə qarşı təxribatlar törədirlər. Məsələn, Hadrut istiqamətində döyüş mövqeləri yaratmış və Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Azərbaycanın antiterror əməliyyatları nəticəsində həbs olunan bir qrup Erməni terrorçuları adları ətrafında Azərbaycana qarşı təzyiq və təsir alətləri formalaşdırma prosesi gedir.
BMT-nin post müharibə dövründə iştirakının ən vacib məqamı isə əlbəttə bölgəyə yerləşdirilən, sülhməramlı fəaliyyət göstərən qüvələrin fəaliyyətinə nəzarət imkanlarının formlaşdırılması ola bilərdi.
Bu tək Qarabağa deyil, BMT-nin yuizdisiyasında olan bütün postkonflikt və post müharibə cooğrafiyasında, xüsusi ilə MDB ölkələrindəki sülhməramlı missiyalar aid etməsi daha doğru olar.
Bu özlüyündə BMT-nin nüfuz və dünayadakı proseslərə təsir imkanlarını artıracaq.
Məsələ ondadır ki, beynəlxalq hüquqda sülhməramlı fəaliyyətin əsas hədəfləri sülhün uzunmüddətli və dayanıqlı olmasını hədəfləyir.
MDB ölkələrində sülhməramlı missiyalar mövcud olduqları bölgədə siyasi proseslərə qatılmaqla, bölgədə sülh və stabilliyin pozulması üçün əsaslar formalaşdırılır.