Türk Şurasının rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər

10 Aprel 2021 16:53 (UTC+04:00)

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısının iştirakçıları Fəxri xiyabanını ziyarət ediblər.

Qonaqlar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Daha sonra isə nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət ediblər və şəhidlərimizin məzarları üzərinə güllər düzüblər.