Bakıda körpənin üzərinə qapı düşüb

10 Aprel 2021 17:36 (UTC+04:00)

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.