Şahzadə Filipin dəfn tarixi məlum oldu

10 Aprel 2021 20:29 (UTC+04:00)

İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, dünən dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi məlum olub.

Xarici mətbuat xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Qeyd edilir ki, Şahzadə Filip aprelin 17-də dəfn ediləcək.

AzNews.az