Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar FOTO

11 Aprel 2021 13:07 (UTC+04:00)

Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri Ağdam şəhər Cümə məscidində olublar.

AzNews.az xəbər verir ki, qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin Cümə məscidindəki dağıntılarla tanış olublar.

Qeyd edilib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.(trend)