Prezidentin köməkçisi: “Ağdam şəhəri URBİCİD-in açıq bir nümunəsidir”

11 Aprel 2021 16:29 (UTC+04:00)

“Urbisit hərfi mənada "şəhərə qarşı zorakılıq" kimi tərcümə olunan bir termindir. Ermənistanın 30 illik vandalizmi nəticəsində tamamilə dağılmış və talan edilmiş azad edilmiş Ağdam şəhəri URBİCİD-in açıq bir nümunəsidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” səhifəsində yazıb.

H. Hacıyev Ağdamın “Qafqazın Xirosiması” adlandırılğını yazıb. (Apa)

AzNews.az