"Azərbaycanla Ermənistan arasında qarşılıqlı etibarsızlıq var" - İsrailli ekspert

11 Aprel 2021 21:58 (UTC+04:00)

“Təbii ki, hər bir situasiya özünəməxsusdur. Azərbaycanın üzləşdiyi isə ondan ibarət idi ki, məsələ yalnız mübahisəli ərazilərlə bağlı deyildi. Azərbaycanın əraziləri kimi tanınan torpaqlar da işğal edilmişdi. Bunu İsrailin Livanı tutması ilə müqayisə etmək olar. İsrail bufer zonası yaratmaq və şimal sərhədində təhlükəsizliyi qorumaq adı ilə Livanı tutmuşdu”.

Aznews.az xəbər verir ki, bunu Təl-Əviv Universitetinin əməkdaşı, İsrailin “Haaretz” qəzetinin redaktoru Stiven Kleyn Bakıda jurnalistlərə açıqlamasında bildirib.

S.Kleynin sözlərinə görə, “işğal bir növ səndə asılılıq yaradır və sən özünü inandırırsan ki, ona ehtiyacın var, ondan imtina etmək çox çətindir”: “Anladığım qədəri ilə yeddi rayon artıq azad olunub. Təbii ki, inkişaf, sülh qısa zamanda baş verməyəcək, müharibənin travması və itkilər var. Hər iki tərəfdə qarşılıqlı etibarsızlıq mövcuddur və bunun həlli xeyli zaman alacaq”.(apa)

Aznews.az