Azərbaycanın məşhur futbolçusu vəfat etdi

12 Aprel 2021 11:26 (UTC+04:00)

Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

O, 71 yaşında vəfat edib.

Qeyd edək ki, F. Cavadov futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirib. O, 1972 – 1978-ci illərdə “ağ-qara” formanı geyinib. Cavadov Naxçıvanın “Araz”, həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın “Dauqava” komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

Aznews.az