Xəstəxanaya yerləşdirilən Niyaməddin Musayevdən xəbər var

12 Aprel 2021 12:31 (UTC+04:00)

Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib.

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən N.Musayevin müalicəsi davam edir.

Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub:

“Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyinin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir.”

AzNews.az