Suya tullandı, komaya düşdü

12 Aprel 2021 12:51 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada keçirilən suyatullanma yarışında bədbəxt hadisə baş verib.

Hərəkəti uğursuz yerinə yetirən atletlərdən biri ağır zədə alıb.

Nəticədə Kazandan olan 12 yaşlı idmançı xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub. Hazırda onun komada olduğu bildirilib.

Qeyd edək ki, yarış MOİK İdman Kompleksində keçirilir.