Məşhur ailənin üç üzvü eyni virusdan öldü

12 Aprel 2021 15:39 (UTC+04:00)

"İRS” folklor ansamblınnın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə yazıb.
Bildirilib ki, S.Mustafayev COVID-19-dan dünyasını dəyişib.

Xatırladaq ki, o, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib.

Həmçinin bir neçə gün əvvəl S.Mustafayevin həyat yoldaşı Fəridə Mustafayeva bir neçə gün öncə, qızı Təravət isə ötən il noyabr ayında COVID-19-dan vəfat ediblər.

Allah rəhmət eləsin.

Qeyd edək ki, S.Mustafayev 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1976-cı ildə Rəşid Nəsiboğlu ilə Balaxanı qəsəbəsində qədim alətlərdən ibarət olan "İRS” folklor ansamblı yaradıblar. Vaxtilə "İRS” ansanblı ilə Türkiyəyə, İsveçrəyə, İrana, dünyanın bir çox ölkələrinə səfərlər ediblər.

2011-ci ildə Sidqi Mustafayev "Ən vətənpərvər ansambl rəhbəri" nominasiyasında qızıl medala layiq görülüb. 14 sentyabr 2015-ci ildə "Əməkdar Mədəniyyət işçisi ” adına layiq görülüb. /Report