Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək

12 Aprel 2021 19:07 (UTC+04:00)

Finlandiyanın UPM ağac emalı müəssisəsi aerokosmik şirkətlərlə birgə kosmosa ağacdan ilk peyk buraxmağa hazır olduğunu bildirib.

Aznews.az bildirir ki, şirkət peyki bu ilin sonunadək buraxmağı planlaşdırır.

Qeyd olunur ki, "WISA Woodsat" nanopeyki kosmik şəraitdə taxtanın davamlılığı və dayanıqlığı barədə məlumatları müşahidə edəcək.

Peyk "Arctic Astronautics" şirkəti tərəfindən hazırlanıb.