Naxçıvanda ÜDM artıb

12 Aprel 2021 20:16 (UTC+04:00)

2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının ümumi daxili məhsulun (ÜDM) həcmi 557,426 milyon manat təşkil edib.

Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Hesabat dövründə Naxçıvan MR-də adam başına düşən ÜDM-in həcmi 1 207 manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,3 faiz çoxdur.

AzNews.az