Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

12 Aprel 2021 22:16 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

Aznews.az xəbər verir ki, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.

Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.

Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.(trend)