Şəhriyara dünyadan təbrik yağdı

12 Aprel 2021 22:27 (UTC+04:00)

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun doğum günü münasibətilə paylaşım edib.

AzNews.az məlumat verir ki, FIDE rəsmi feysuk hesabından bu gün 36 yaşı tamam olan beynəlxalq qrossmeysterə təbrik ünvanlayıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 2770 xalla FIDE reytinqinin 8-ci pilləsində qərarlaşıb.

AzNews.az