Elmar Məmmədyarov Niderland səfirini qəbul edib

14 İyun 2013 13:27 (UTC+04:00)



APA-nın məlumatına görə, nazir Elmar Məmmədyarov ölkələrimiz arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu qeyd edərək, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Nazir, həmçinin səfir Aryen Peter Uyterlindeyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Niderland Krallığının səfiri öz növbəsində Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

Görüş zamanı, həmçinin münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az