Valyuta hərracı keçirildi, banklar 62,1 milyon dollar aldı

13 Aprel 2021 13:08 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AzNews.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 62,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (8 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 11,9% və ya 6,6 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.