Məhkəmə hakimi koronavirusdan vəfat etdi

13 Aprel 2021 14:16 (UTC+04:00)

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusdan dünyasını dəyişib.

Aznews.az APA-ya istinadən xəbər verir ki, Rəşid İnqilab oğlu Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, R. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. 2008-ci ildən isə hakimlik fəaliyyəti ilə məşğul olub.