Hikmət Hacıyev xarici ekspertləri hərbi qənimətlərlə tanış edir - FOTOLAR

13 Aprel 2021 16:03 (UTC+04:00)

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edib.

Konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri daha sonra Hərbi Qənimətlər Parkına gəlib. Qonaqları Prezidentin köməkçisi Hikmət Hacıyev və digər dövlət rəsmiləri müşayət edir.

Hərbi Qənimətlər Parkında nümayəndələrə Ermənistanın müharibə cinayətlərini sübut edən faktlar barədə məlumatlar verilir.

AzNews.az