Çaylarda suyun səviyyəsi artıb

14 İyun 2013 14:01 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, keçən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 5-19 sm, Kiçik Qafqaz çaylarında 1-7 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-70, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

İyunun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 sm azalma qeydə alınıb.

İyunun 14-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.

İyunun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma baş verib. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda suyun səviyyəsində 10, Şirvanda 11, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma, Bankədə isə 3 sm artım qeydə alınıb.

Elnarə
AzNews.az