Baş nazir BP-nin nümayəndələri ilə görüşdü

13 Aprel 2021 19:39 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 13-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.