Unikal.org: Daha 2 erməni hərbçinin qalıqları tapılıb

13 Aprel 2021 20:59 (UTC+04:00)

İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1541 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.