"Azərbaycan hərbi əməliyyatları qətiyyətlə, sürətlə və minimum itkilərlə həyata keçirib" - Brayza

13 Aprel 2021 23:12 (UTC+04:00)

Bu muzey mənə Azərbaycanın apardığı hərbi əməliyyatların necə diqqətçəkən olduğunu xatırladır. Buradan görünür ki, Azərbaycan hərbi əməliyyatları necə qətiyyətlə, sürətlə və minimum itkilərlə həyata keçirib.

AzNews.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.

M.Brayza qeyd edib ki, Azərbaycanın apardığı müharibə ümumilikdə hərbi əməliyyatların bütün mahiyyətini dəyişdirib.

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Prezident İlham Əliyevlə görüş barədə fikirlərini bölüşən xarici ekspert bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevlə bugünkü görüşümüz çox səmərəli oldu. Tədbirdə bir çox mövzular, həmçinin bölgədə bundan sonrakı vəziyyət barədə fikirlər səsləndirildi. Düşünürəm ki, belə görüşlərin çox böyük önəmi var”.