Koronavirusu gizli keçirdiyinizə işarə edən 3 SİMPTOM

14 Aprel 2021 13:16 (UTC+04:00)

Bir çox insanlar koronavirusu simptomsuz, gizli keçirir və bu haqda onların xəbərləri belə olmur.

Şimali Karolina Universitetinin (ABŞ) alimləri insanların koronaviru gizli keçirdiyinə işarə edən 3 simptom aşkar ediblər.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, belə simptomlardan biri insanda qəfil əmələ gələn nəfəsalma problemləridir. Koronavirusu keçirmiş insan pilləkanla qalxanda birdən-birə səbəbsiz təngənəfəs olur, hava çatışmazlığı, boğulma hiss edir.

Digər simptom oynaq ağrılarıdır. Koronavirus tək ağciyərdə deyil oynaqlar, birləşmə toxumada da iltihab yaradır.

3-cü simptom əzələ ağrılarıdır. Kovid infeksiyası bir çox hallarda əzələləri də zədələyir. Əgəz əzələləriniz səbəbsiz ağrımağa başlayıbsa bu siniz koronavirusu gizli keçirdiyinizə işarə edə bilər.

AzNews.az