AKP tərəfdarları smslə mitinq üçün adam toplayır
14 İyun 2013 17:24 (UTC+04:00)
AKP tərəfdarları Cümə ertəsi və Bazar günləri keçirəcəkləri mitinqə adam toplamaq üçün qəribə üsula əl atıblar. Onlar insanların mobil telefonlarına sms göndərərək buna nail olmağa çalışırlar.
Həmin smslərdən birinin mətni və fotosunu sizə təqdim edirik:
"Gezi parkını bəhanə edib örtülü bacılarımıza hücum edən, onlarla məscidi tutub içinə pivə tökənlərə mən burdayam, ayaqdayam demək üçün bazar günü böyük mitinqdə görüşək".
Elvin
AzNews.az