İkinci mərtəbədən yıxalaraq öldü

14 İyun 2013 14:27 (UTC+04:00)


Xaçmazda bədbəxt hadisə baş verib. Xaçmaz şəhər Nəriman Nərimanov küçəsi, ev 62, mənzil 39 ünvanında müvəqqəti yaşayan 52 yaşlı Nazilə Həkimova tikilməkdə olan yeni evin 2-ci mərtəbəsindən yıxılıb.

Ağır qapalı kəllə beyin travması alan Həkimova dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlər ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. (trend.az)

AzNews.az