“Bloomberg”: ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxara bilər

15 Aprel 2021 09:14 (UTC+04:00)

ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxarmağa qərar verə bilər.

Bu barədə Bloomberg məlumat yayıb.

Bildirilib ki, bundan başqa, 12 rus vətəndaşına və 20 rus təşkilatına qarşı sanksiya tətbiq edilməsi gözlənilir.

Səbəb rəsmi Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsi və hakerlərin kiber hücumlarını göstərilir.

Ağ Evin sadalanan sanksiyaların cümə axşamına kimi elan edəcəyi bildirilib.

Aznews.az