Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF

15 Aprel 2021 09:57 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

DSMF-dən verilən məlumata görə, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

AzNews.az